11:49 / 19 Noyabr 2021

Şuşa statusuna görə Korotçenkonun hesabı blokladı - FOTO

1885
“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə bloklayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Korotçenko özü “Telegram” kanalında məlumat yayıb.

O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub", deyə bildirib.

Qeyd edək ki, ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə "Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada...Doğrudan niyə? Cavab verin" sualını ünvanlayıb.
Şuşa statusuna görə Korotçenkonun hesabı blokladı -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər