23:23 / 06 Sentyabr 2021

Şuşada hansı hərbi sistemlərimiz yerləşdirilib? – Ekspert gördüklərini yazdı

4529
Şuşa şəhərinin təhlükəsizlik məsələləri gözlədiyimizdən və ehtimal etdiyimizdən daha üstün bir səviyyəyə yüksəldilib. Şuşa ətrafında yerləşən mövqelərimizə həm müxtəlif qoşun növlərinə aid və kifayət qədər ciddi cayda canlı qüvvə, həm də müasir silah sistemləri cəlb olunub.

Bakupost.az xəbər verir ki, bu sözləri 5-6 sentyabrda növbəti dəfə Şuşaya səfər edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

O bildirib ki, son bir ayda vaxtaşırı olaraq ermənilərin “Xankəndidə mobil rabitə susurulub” hay-küyü əsassız deyilmiş:

“Ümumilikdə Şuşanın müdafiəsinə cəlb edilən hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat vasitələrinin sıxlığına Azərbaycanın heç bir yerində rast gəlməmişəm. Bunların arasında həm hava məkanına nəzarət vasitələri, həm PUA-ların ələ keçirilməsi üçün qurğular, həm də radioelektron mübarizə sistemləri mövcuddur. Mobil rabitə operatorlarının mülki təyinatlı qüllələri xaric, bütün hərbi təyinatlı texniki avadanlıqların hamısı mobil versiyada fəaliyyət göstərir. Onların yerdəyişməsi ən qısa müddətə həyata keçirilə bilir”.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər