Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin edildi

“Azərişıq” ASC işğaldan azad edilmiş Şuşa şəhərini elektrik enerjisi ilə təmin edib.

"Bakupost.az" xəbər verir ki, bu gündən etibarən Şuşada yerləşən əsas inzibati obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Məlumata görə, bunun üçün ASC Füzulidən “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin edəcək xəttin çəkilişini yekunlaşdırıb.