Ru
01:24 / 18 May 2021

Svanların azərbaycanlılara hücumu: Bakı nədə səhv etdi?

1778
Hadisə baş verəndən sonra Azərbaycandan reaksiyanı Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) verdi. Problem Komitənin yanlış reaksiyasında yox, ümumiyyətlə bu məsələyə Diasporla İş üzrə Dövlət Komitəsinin münasibət bildirməsindədir.

DİDK-nin missiyası Azərbaycandan xarici ölkələrə köçən və orada məskunlaşan soydaşlarımızla işləməkdir. Gürcüstandakı soydaşlarımız diaspor deyil, öz tarixi torpaqlarında yaşayırlar. Gürcüstan zaman-zaman azərbaycanlıları diaspor kimi təqdim etməyə cəhd göstərib. İndi hadisəyə məhz DİDK-nin reaksiya verməsi bu yanlış yanaşmanı təsdiqləməyimiz deməkdir.

Hələ 1996-cı ildə Heydər Əliyev Gürcüstanın bu siyasətinə qarşı çıxmışdı. Həmin ilin martında Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı Şevardnadze soydaşlarımızı “Azərbaycan diasporu” adlandırmışdı. Heydər Əliyev buna etiraz etmiş və bildirmişdi ki, “Diaspor yox, azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar. Buralar onların əzəli, ədəbi məskənləridir”.

Son hadisəyə Diaspor Komitəsinin reaksiya verməsi ilə soydaşlarımız üzərində hələ Şevardnadzenin dövründən mövcud olan və Tiflisin daim bir kənarda saxladığı “Azərbaycan diasporu” təbliğatına işləmiş olduq.

Bu, indi olmasa belə, sonra əleyhimizə çevrilə bilər.

Asif Nərimanlı, siyasi ekspert
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər