Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.
BakuPost xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb. Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.
LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.
Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.
***
17:37
Məsələ ilə bağlı “LİBRAFF” mağazalar şəbəkəsi məlumat yayıb. Məlumatda iki mağazanın bağlanması təsdiqlənib. Lakin bildirilib ki, bu bağlanma yeni strategiya ilə bağlıdır:
“Bildirmək istəyirik ki, iki filialımızın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən atılıb.
“LIBRAFF" bağlanmır.Yalnız "Bravo" marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir-hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq. Yəni “LİBRAFF” öz mağazalarını genişləndirməkdə davam edəcək”.
E.Mirzəyev
Bakı Post