“Talıbov Konstitusiyaya yox, Prezidentin sərəncamına istinad edib” - ŞƏRH

  • 10 Dek 2019 16:22
  • 1082 Baxış
“Talıbov Konstitusiyaya yox, Prezidentin sərəncamına istinad edib” -  ŞƏRH



Nəhayət, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da gözlənilən addımı atdı. Dekabrın 9-da Ali Məclis sədrinin sərəncamı ilə Naxçıvan parlamenti buraxıldı və fevralın 9-a növbədənkənar seçkilər təyin olundu. Bu qərarın bir qədər gecikməsi, Naxçıvanın ölkədəki seçki prosesindən kənarda qalması, habelə Muxtar Respublika ilə ölkənin seçkili orqanlarının fomalaşmasında müddət fəqrqinin yaranması müəyyən suallar doğurmuşdu.

Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev Milli Məclisdə çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı müraciətinə Konstitusiya Məhkəməsindən müsbət rəy aldıqdan sonra dekabrın 5-də müvafiq sərəncam vermişdi.


Bir qayda olaraq Azərbaycan parlamenti və Naxçıvan MR Ali Məclisi eyni gündə keçirilən seçkilərlə formalaşdırılırdı. Amma növbədənkənar parlament seçkilərində bu ənənə pozulurdu. Lakin son anda Naxçıvan Ali Məclisinin sədri, Prezidentin sərəncamından 4 gün sonra olsa da, gözlənilən qərarı açıqladı.

Lakin Naxçıvan Ali Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin olunması, Milli Məclisin buraxılmasından fərqli bir üsulla həyata keçirildi. Belə ki, Naxçıvanda nə sessiya çağırıldı, nə də deputatlar mandatlarından imtina etdilər. Ali Məclisin sədri, hansı ki, özü də seçilmiş deputatdır, bir sərəncamla qanunverici orqanın səlahiyyətinə xitam verdi.

Məclis sədrinin sözügedən sərəncamında deyilir: “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".

Tanınınmış hüquqşünas Ələsgər Məmmədli bu sərəncamın hüquqi aspektlərini “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, Vasif Talıbov Konstitusiyanın 5-ci maddəsinə istinad edərək belə bir qərar verib: "Naxçıvan Konstitusiyası Azərbaycan qanunverciliyi çərçivəsində Konstitusiya qanunu səviyyəsindədir. Naxçıvanda verilən qərarlar ölkə Konstitusiyasının tələblərinə uyğun olmalıdır. Amma Muxtar respublikanın Konstitusiyasında növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulmayıb. Sadəcə yazılıb ki, Ali Məclisinin səlahiyyət müddəti 5 ildir və yeni seçkilər 5 ildən bir, noyabr ayının birinci bazar günü keçirilir. Yəni, indiki halda seçkilər 2020-ci il noyabr ayında keçiriməli idi".

Hüquqşünas deyir ki, Azərbaycan parlamentinə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar dilemma yaradıb: "Naxçıvan Ali Məclisinə seçkilər keçirilməsəydi, onların və Azərbaycan Milli Məclisinin səlahiyyət müddətində bir il fərq yaranacaqdı. Məhz bu fərqi aradan qaldırmaqdan ötrü Vasif Talıbov belə br sərəncam imzalayıb. Sərəncamın əsası kimi Konstitusiyaya yox, birbaşa Azərbaycan Prezidentinin sərəncamına istinad edib. Çünki Konstitusiyaya istinad etsəydi, orada belə br norma yoxdur. Doğrudur, Azərbaycan Konstitusiyasında olan normalar da növbədənkənar seçkilərlə bağlı prosedur baxımından tam tətbiq olunmadı. Proses başqa formada davam etdirilməliydi".

Ə.Məmmdəlinin sözlərinə görə, eyni proseduru Naxçıvan Ali Məclisinin rəhbəri də davam etdirib: "Sadəcə Konstitusiyanın 5-ci maddəsinə istinad edib ki, bu da növbəti seçkilərin keçirilməsi ilə bağlı qaydaları nəzərdə tutur”.

Hüquqşünas, seçki üzrə tanınmış mütəxəssis Hafiz Həsənov da "AzPolitika.info"-ya şərhində Naxçıvan Ali Məclisinin sədrinin sərəncamının qanuniliyini şübhə altına alıb.



X