Ru
15:22 / 15 Avqust 2019

Tanınmış vəkil Nuşirəvan Səfərovu məhkəməyə verdi - Yol polisindən 300 min tələb edir

4833
Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Bəhruz Bayramov Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə qarşI məhkəmə iddiası qaldırıb.


BakuPost Gununsesi.org-a istinadən xəbər verir ki, buna səbəb bir neçə ay əvvəl yol polisinin vəkili guya sərxoş avtomobil idarə edərkən saxlaması və onun barəsində yalan məlumatları KİV vasitəsi ilə ictimailəşdirməsi olub.


Sonradan bəlli olub ki, Bəhruz Bayramov heç də yol polisinin iddia etdiyi kimi sərxoş avtomobil idarə etməyib, ayıq sürücü xidmətindən yararlanıb.


Hətta bununla bağlı həmin xidmətdən məhkəməyə məktub da təqdim edilib.


Ötən müddət ərzində BDYP bir neçə dəfə məhkəməyə müraciət etsə də, sonradan bu müraciət qanunun tələblərinə uyğun hazırlanmadığından məhkəmə tərəfindən rədd edilib.


Sonda isə yol polisi vəkili məhkəməyə verməkdən vaz keçiv və vəkil barəsində işə xitam verib.

 

 


Ancaq Bəhruz Bayramov işgüzar nüfuzunun ləkələndiyini, ona qarşı qanunsuzluq baş verdiyini əsaslandıraraq, BDYP-nə qarşı iddia qaldırıb.

Vəkil iddiasında məhkəmədən aşağıdakı tələbi də irəli sürüb:


Bakı şəhər BPİ DYPİ tərəfindən mən sərxoş vəziyyətdə avtomobili 20 oktyabr 2018-ci il tarixdə idarə etməyim barədə məlumatı həmin idarə tərəfindən "Bayramov Bəhruz Front oğlu sərxoş halda avtomobili idarə etməyib rəsmi üzr istəməklə bu xəbəri təkzib edirik” mətnlə Xəzər, Real, İctimai TV-də, Avtosfera.az, Türküstan.info, Lent.az, Modern.az, Qafqazinfo.az, Bakupost.az saytlarında rəsmi təkzib edilməsi;

2. Vurulan maddi, mənəvi, şərəf ləyaqətimin, işgüzar nüfuzuma vurulan ziyana görə Bakı şəhər BPİ DYPİ-dən 300 000 (üç yüz min) manat tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarasınız.

 
Tanınmış vəkil Nuşirəvan Səfərovu məhkəməyə verdi  - Yol polisindən 300 min tələb edir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər