Tankçılarımız 24 ölkə arasında 4-cü olub

  • 17 Avq 2019 22:14
  • 1291 Baxış
Tankçılarımız 24 ölkə arasında 4-cü olub
Rusiyada V Beynəlxalq Ordu Oyunları başa çatıb.



Rusiya daxil olmaqla 10 ölkədə keçirilən oyunlara Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutan "Tank biatlonu” müsabiqəsi ilə yekun vurulub.



BakuPost 
APA-ya istinadən xəbər verir ki, müsabiqənin finalında Azərbaycan , Rusiya, Belarus və Qazaxıstan komandaları mübarizə aparıblar.

Müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə "Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub.



Müsabiqənin final mərhələsini Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib.



Bundan öncə isə Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə bilrlikdə Alabino poliqonunda açılan Dostluq Evindəki Azərbaycan pavilyonu ilə tanış olublar.

Daha sonra V Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçirilib.