Ru
14:41 / 23 Yanvar 2020

Tarix müəllimindən təhsil nazirinə ürəkdağlayan MÜRACİƏT

7754
Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbinin müəllimi təhsil naziri Ceyhun Bayramova müraciət edib.


BakuPost xəbər verir ki, müəllimin müraciəti məktəbdəki sinif otaqlarının şəraitsizliyi və soyuq olması ilə bağlıdır.

Belə ki, Bəşir Əliyev 5-ci sinif şagirdlərinin fotosunu öz "Facebook" hesabında paylaşıb. Fotoda göründüyü kimi, şagirdlər soyuq olduğu üçün sinifdə üst geyimi ilə əyləşiblər.


Həmin müraciəti təqdim edirik:

"Cənab təhsil nazirimiz Ceyhun Bayramov, bura Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbidir, bunlar isə 5-ci sinif şagirdləridir, -2 dərəcə şaxtada dərs oxumağa çalışırlar. 70 kv metr otağı bir qızdırıcı ilə qızdırmaga çalışırıq. Bu gedişlə ancaq İrana həkimə gedəcək potensial xəstə nəsil yetişə bilər. Xahiş edirik, gələcəyimizi xilas etmək üçün bizə kömək edin".

Təhsil Nazirliyi isə BakuPost-un sorğusuna cavab olaraq bunları bildirib:


“Bildiririk ki “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub”.


Afaq Rza

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər