Ru
20:01 / 22 Avqust 2019

"Taxta bazarında yanğın tam olaraq məhdudlaşdırılıb" - Nazir müavini

4643
"Taxta bazarında baş verən yanğın tam olaraq məhdudlaşdırılıb". BakuPost-un APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, artıq 3 saata yaxındır yanğın davam edir: "Ayrı-ayrı yerlərdə bəzi yanğın mənbələri qalıb. Bunun da səbəbi quru taxtaların çox olmasıdır. Yanğının sahəsi 1500 kv/m-dən artıqdır. Hadisənin səbəbi haqqında isə yanğın tam söndürüləndən sonra məlumat veriləcək. Onu da bildirim ki, yanğının yayılma təhlükəsi yoxdur”. E.Mirzəyev FHN əməkdaşlarının hadisə yerinə gec gəlməsi barədə yayılan məlumatlara da münasibət bildirib: "Bu yalan məlumatdır. Yanğın baş verən ərazinin yaxınlığında FHN-in yanğınsöndürmə məntəqəsi yerləşir. Burada əsas problem suyun çatışmazlığı idi ki, onu da biz daşıma yolu ilə həll etdik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər