18:44 / 10 Oktyabr 2021

Tbilisidə Saakaşviliyə görə etiraz aksiyası başladı

1336
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.

Bakupost.az xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət partiyasının lideri Tako Çarkviani təşkil edib.

Etirazçıların əllərində Gürcüstanın milli bayraqları və Saakaşvilinin fotoları var.

Siyasətçinin azad edilməsini tələbi ilə daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər