Ru
13:09 / 14 Oktyabr 2019

Tblisi Dram Teatrı Qazaxıstanda beynəlxalq festivala qatıldı

1149

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanın Aktau şəhərində keçirilən “Abiş aləmi” birinci beynəlxalq teatr festivalında iştirak edir.


Teatrın bədii rəhbəri Turqay Vəlizadə BakuPost-a bildirib ki, festival TÜRKSOY-un dəstəyi, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Manqistau vilayətinin akimliyinin təşəbbüsü ilə baş tutub. Qazaxıstanın Xalq yazıçısı Abiş Kekilbayevin 80 illik yubileyinə həsr olunan beynəlxalq festivala Qazaxıstan, Rusiya, Türkiyə, Tacikistan, Türkmənistan, İran və Gürcüstandan teatr truppaları qatılıblar.

Festivalda Gürcüstanı təmsil edən teatr A.P.Çexovun “Ayı” pyesinin əsasında hazırlanan tamaşa ilə çıxış edəcək.

Tamaşanın rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı teatrın aparıcı və istedadlı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva da ifa edirlər.


Tədbirin əsas məqsədi Qazaxıstanın digər ölkələrlə mədəni və mənəvi əlaqələrini möhkəmləndirməkdir.


Günel
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər