Ru
15:58 / 26 Noyabr 2021

Kredit alan tələbələr iş tapmasa necə olacaq? - Ekspertdən CAVAB

4590
“Təhsil kreditləri ilə bağlı tələbələri narahat edən, onlar üçün qaranlıq qalan bəzi məqamlar var”.

Bu sözləri Bakupost.az -a təhsil eksperti Məzahir Məmmədli bildirib.


O deyib ki, kredit götürən tələbənin təhsil aldıqdan sonra iş tapa bilməsilə bağlı əminliyi olmalıdır:




“Təhsil Nazirliyinin təqdim etdiyi layihədə, tədris müddətində oratalama balı 71-dən yuxarı olan tələbələr bundan yararlana biləcəklər. Tələbələr universiteti bitirəndən sonra əmək bazarında iş tapacaq və ya tapmayacaq, bu, məsələ bir az qaranlıq qalır. Yəni, tələbələr düşünür ki, birdən iş tapa bilməzlər. Çünki indiyə qədər məzun olan tələbələrdən 15 - 20%-i işlə təmin olunur. Kim təminat verə bilər ki, kredit hesabına məzun olan tələbələr götürdüyü krediti ödəmək üçün əmək bazarında iş tapa biləcək.

Ümid yaradan hal odur ki, kreditdən yararlanan tələbələr məzun olandan sonra, iki il ərzində işləyə bilməsə, hökumət onlara möhlət verəcək.

Oğlanlarla bağlı qaranlıq qalan məsələ isə hərbi xidmətdən qayıdandan sonra cəmiyyətə uyğunlaşma dövrü və əmək bazarında ona nə qədər ehtiyac olacaq kimi məsələlər də var. Bir sözlə, tələbələrin kreditə əlçatanlıq baxımından təminatı həll olunsa da, digər çətin tərəf o olacaq ki, onlar işlə təmin oluna bilməyəcəklər. Bu narahatçılıq hələ ki qalır”.

F. Söhrabqızı
Baku Post
Şərhlər
  • Müəllim

    AZərbaycanda gözlənilən faktiki iş yerlərinin sayına və ixtisasa uyğun tələbə qəbul planı olmalıdır.Yalnız bu zaman Ali təhsilin mənası və səviyyəsi ola bilər.Bu məsələyə ciddi yanaşılmalı,təhsil alverçilərinə hökumət qapıları bağlamalıdır.Bu qədər lazımsız,zəif univüesitetlər ölkəyə lazımdırmı? Axı bunlar diplomlu işsiz ordusu yatadırl Hökumət isə kənardan seyt edir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər