Təhsil Nazirliyi ləğv edilsin - Millət vəkilindən təklif

  • 26 İyl 2020 11:15
  • 45346 Baxış
Təhsil Nazirliyi ləğv edilsin -   Millət vəkilindən təklif


Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır.

Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.



Böyük ispan filosofi Xose Orteqa-i-Qasset “Universitetin missiyası” kitabında yazır: “Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamamlıdır.”

Göründüyü kimi, elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrinə fayda gətirmişdir.

Almaniyada təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal nazirliyi.

Rusiyada: Elm və ali təhsil nazirliyi;

Qazaxstanda: Təhsil və elm nazirliyi;

Ukraynada: Təhsil və elm nazirliyi;

Moldovada: Təhsil, mədəniyyət və tədqiqatlar nazirliyi;

Gürcüstanda: Təhsil və elm nazirliyi;

Latviyada: Təhsil və elm nazirliyi;

Azərbaycanda: Təhsil nazirliyi.

Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar, əlbəttə ki, uşaqlarda elmi bacarıqların inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər uşaqları olimpiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.

2018- ci ildə Kimya üzrə Beynəlxalq Olimpiadada qızıl medal qazanmış Ruslan Kotlyarovun istəyi: “İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək olimpiada qalibi müəllimlərinin elmi hazırlığına daha çox üstünlük verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: “Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir:

1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması;

2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak”.

Dünyada tədqiqat universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat - professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.

Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.

Ölkə başçısının sərəncamı ilə Təhsil Nazirliyinin nəzdində “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin yaradılması olduqca mühüm hadisədir. Bu qurum təhsil müəssisələrinin dürüst akkreditasiyasının aparılmasında tezliklə öz sözünü deməlidir. Keyfiyyətli təhsil keyfiyyətli tədqiqatın açarı olmalıdır.

Elm və Təhsil Nazirliyi yaradılarsa, Ali Attestasiya Komissiyasının da bu qurumun nəzdində İdarə, yaxud Agentlik formasında fəaliyyət göstərməsi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər.

Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür. Bütün bunlar ölkədə “Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir.

P.S. Azərbaycan Milli Elmlər Akademiyasının taleyinə gəldikdə isə, yuxarıda misal çəkdiyim ölkələrin təcrübəsi bizim üçün önəmli ola bilər.

Etibar ƏLİYEV,

Milli Məclisin üzvü, təhsil eksperti


  • Qafil
    Nə gözəl! Hər kəs təklif verməyi üstün tutur, lakin sonunun necə olacağını düşünən yoxdur! Mən də yeniliyin tərəfdarıyam, amma "qonşudan qalma dalma" prinsipi ilə deyil! Filankəslərdə belədir deyə etdiyimiz "yeniliklərin" acı nəticəsi göz qabağındadır! Təhsil və elm ölkə üçün strateji əhəmiyyət daşıyan, dövlətin gələcəyini formalaşdıran ən ağır və məsuliyyəti yüksək olan sahələrdir. Digər sahələrdə baş verən yanlışlıqları az bir müddətdə düzəltmək olarsa, əksinə bu iki sahədə olan yanlışlıq ağır nəticələnə bilər. Ona görə də hörmətli deputat, xahiş edirəm təhsili düzəldin sonra bu barədə məsləhətlər verərsiniz!
  • Qahirə
    Orta məktəbdə səviyyəli dərs keçirilsə yaxşı olar,uşaqlar və valideyinlər əlavə əziyyət çəkib repititor yanına getməz
  • İlham Kərimov
    Çox düzgün təklifləri, müəllimlər tədrisnən paralel elmnəndə məşğul olmalıdır.
  • Rafael Fətəli
    Təhsil Nazirliyi olmalıdır hörmətli Etibar Əliyev sənin dediyin fikir doğru deyil.Qaraçuxurda sənə heç kim səs verməyib səni biziyalı kimi heç kim tanımayıb
  • Rəcəb Ağaməmmədov
    Təhsil Nazirliyi ləğv edilməsinə!Təhsil şöbələr ləğv edilsin!.Təhsil şöbələr birbaşa təhsil nazirliyin tabeliyində olsun!...???????? Azərbaycanda təhsil nazirliyi olmasa hər kəs özbaşınalıq edər.Təhsil şöbələr olmasa rüşvət küllü miqdarda azalacaq.Müəllimlərin yoxlama innovasiyalı birbaşa nazirliyin tabeliyində olan qurumlar və yaxud nazirliyin nümayəndələrə tapşırılsın.Məktəblərdə yox siniflərdə kameralar qoyulsun .Dərs yükü təhsil nazirlik sistematik hər müəllim üçün nazirlikdən verilsin.Məktəbdirektorların bütün səlahiyyətləri əlindən alındı.Məktəb direktoru şağirdən,müəllimlərlə birdəfəlik işi olmasın.Dərs hissə müdiri şagirdlə iş aparmalarını yoxlasın.Müəllimlərlə hər fənn üzrəmetod birləşmə rəhbəri cavabdeh olmaqla iş apara bilər.Metod birləşmə rəhbərini müəllimlər hər fənn üzrə var,onlar dəyişə bilər.Metod birləşmə rəhbəri ildə bir dəfə dəyişə bilər.Yoxlama nazirlikdən bir başa sistemlə yoxlanılsın .Kamera ilə.Məktəb direktoru məktəb də olan bütün inventarların cavabdeh olsun.Təsərüfat müdürü və təşkilatçı ştat ləğv edilsin.təşkilatçı adıləğv edilərək şagird birliyi,uşaq təşkilatçısı yaradılsın.Uşaq təşkilatçısı güclü ,fəal ,istedad olan əlaçı şagird hər sinifdə varsa ona tapşırılsın.Yoxdursa on birinci sinifinə uşaq təşkilatçısı həm ona həm on birə nəzarət etsin.Təşkilatçı vəzifəsini Şagird birliyin rəhbəri tədbirlərdə müəllimlərlə həm şagirdlərlə iş qura bilər.Məngüclü inovasiy rəhbərliyin var.inanın belə olsa təhsilimiz problemsiz inkişafyönümlü ola bilər.Məktəb direktoru invertarlarla yanaşı ildə iki dəfə lazımlı siniflərdə böyük summmativ imtahanlar təşkil etsin.Heç bir direktor bunu eləmir.Kiçik summativlər məktəb daxili ayda bir dəfə olsada imtahanlara çevrilsin.Yoxsa o summativləri yalanan təşkil etməyin heç bir faydası yoxdur.Böyük sümmativ imtahanları məktəb direktoru yoxlasın.Kiçik summativlərdə olan hər ay imtahan prosesini Valideyin komitəsi tərəfindən rəhbər seçilərək ziyalı olmaq şərtilə dərs hissə müdiri vəzifəsini aparanlar birlikdə yoxlasın.Valideyin komitəsi sumativləri evdə aparıb yoxluya da bilər, həmin valideyin komitəsi başqa şagirdlərin həmin sinifdə olmaq şərtilə hərə öz övladının sumativini yoxlatdırı qol çəkməyə imkan yarada bilər.Onda valideyin biləcək ki mənim övladım summativi nə dərəcə yaza bilib.Böyük summativlər rəhbərlik tərəfindən qiymətləndirildi kiçik summativlər isə yalnız müəllimlərə yox dərs hissə müdiri yoxlayıb imza ataraq qiymətləndirmə daha maraqlı olacaq.Ayrı seçkiliyə son qoyulacaq.Məktəbdə dərs hissə müdiri bir nəfər seçilsin həmin məktəbdə rus Azərbaycan şöbələr varsa hər iki dili bilən müəllim dərs hissə müdiri seçilsin.iki şöbədən biri dərs hissə müdürü ştatı götürülsün.Mraqlı faktlar çoxdur.Yeni ştat məktəblər də hər məktəbə bir həkim iki tibb bacısı ştat açılaraq ciddi epidemiya xəstəliklərə və gigiyena işlərinə cavabdeh olaraq səlahiyyət verilərək ştat açılsın .Həmin ştat təhsil və səhiyyə nazirliyi həmdə ekologiya nazirliyi tərəfindən nəzarət edilsin.

X