Ru
10:58 / 21 Fevral 2020

Tək yaşayan qadının evinə basqın edib boyunbağısını apardılar - LƏNKƏRANDA

1553
Lənkəranda qadının evinə basqın olub.

BakuPost-un məlumatına görə, hadisə rayonun Separadi kəndində qeydə alınıb.


Gecə saat 3 radələrində kənddə tək yaşayan 1966-cı il təvəllüdlü Durdanə İbadovanın evinə naməlum şəxs pəncərədən girərək qadının sifətindən tutub sıxaraq boynundan qiyməti 800 manat dəyərindən olan qızıl boyunbağı və 800 manat dəyərindən mobil telefonunu götürürək qaçıb.

Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-cı(soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər