14:14 / 18 Noyabr 2021

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

1112
Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

Bakupost.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus “Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Cənab T İsmayılov kişi adamsan Səlahiyyətim çatsaydı özüm sizə evimdə siyasi sığınacaq verərdim

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər