Ru
19:21 / 30 Dekabr 2020

Prezident Tənzilə Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM

16428
Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

"BakuPost" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Tənzilə Rüstəmxanlı 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndinən anadan olub. 1982-ci ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavinidir.

Filologiya üzrə fəlsəfə elmləri doktorudur. 1996-ci ildən Azəri Türk Qadınlar Birliyinin sədridir. Dünya Azərbaycanlıların Konqresində sədrin Türk Dünyası üzrə müşaviridir. Bir çox nüfuzlu mükafatlara layiq görülüb.

2018-ci ildə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər