Ru
16:09 / 18 Sentyabr 2019

Tərk edilmiş şəhərlərin fotoqrafı - Rimard Viksraitis - FOTOLAR

2260

Hər birimiz yaxşı, ya da pis bir şəkildə sənətlə maraqlanırıq... Ədəbiyyat, rəsm, fotoqraflıq, musiqi, teatr...


Sənət dünyası ucsuz-bucaqsız bir dünyadır. Biz isə nə qədər çalışsaq da, bu dünyaya tam mənada hakim ola bilməyəcəyik. Sənətə aid çabalarımız, sənətlə bağlı məlumatlarımız hər zaman əskik qalacaq. İndi isə tərk edilmiş bir ölkənin fotoqrafı Rimard Viksraitisdən bəhs edəcəm.


O, Sovet hakimiyyəti dağıldıqdan sonra Litvanın kəndlərini fotolarda əks etdirib. Rimard depresik və bir o qədər də narahatlıq yaradacaq görüntülərə fokuslanaraq müasir dünyanın girdabında sıxılıb, qalan insanları kadra aldı. Onun fotolarının sirri həyatilikdə gizli idi.



Rimard deyirdi: “Ağ-qara fotolar. Doğru kompozisiya, təbii işıq, gündəlik həyati çətinliklər səfil həyatı daha da narahat bir vəziyyətə gətirir”.


Kamerasını velosipedinə bağlayaraq, ölkələri dolaşan sənətkar, 20 illik karyerası boyunca Sovet hakimiyyətinin dağılmasının və kənd təsərrüfatının çökməsinin insanların yaşantısına göstəridiyi təsirləri fərdi olaraq kadra çevirdi.



“Gənc nəsillər ölkə daxilində və ya xaricində iş tapa bilmək üçün yurdlarından qopduqca dağlıq məkanlar kabus qəsəbələri xatırlatmağa başladı”.



Əsasən gənc əhalinin olmadığı, tərk edilmiş kəndləri yansıdan Viksraitsi işlərinə öz təxəyyülünün məhsullarını da əlavə edərək, qorxu və yumoru bir arada yaratdı. Kəsilmiş keçi başının fonunda çölə baxan bir uşaq, sərxoş bir adamın dişlədiyi donuz qulağı, ya da yerə sərilmiş ölü bir heyvanın görüntüsü...





Hekayələrində qorxu və yumoru birləşdirən fotoqraf bir müşahidəçidən çox hadisələrin fəal şahidinə çevirilmişdi. Meydana gətirdiyi görüntülər Sovet vaxtında vəziyyətə adaptasiya ola bilməyən və Yeni Avropanın bir parçası olaraq mübarizə etməyə davam edənlərin taleyindən bəhs edir. Bu şəkillərdə sosial və iqtisadi çəkişmələrin reallığından qaçmaq mümkünzüdür.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər