Ru
23:22 / 23 Aprel 2019

Terrorçuluqda ittiham olunan 37 şəxs edam edildi

2258
Səudiyyə Ərəbistanında krallığın
terrorçuluqda ittiham olunan 37 vətəndaşı haqqında çıxarılan ölüm hökmü icra
edilib.

 

BakuPost.az xəbər verir ki, bu məlumat
ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb. Qeyd olunub ki,
müttəhimlər ekstremist ideyaların həyata keçirilməsində, sabitliyin pozulması
üçün terrorçu yuvalarının yaradılmasında, dinlərarası ədavətin
qızışdırılmasında, ölkədəki sabitliyə və təhlükəsizliyə xələl gətirməkdə
təqsirli biliniblər. Onlar, həmçinin partlayıcı qurğulardan istifadə etməklə
güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətinin bir
neçə əməkdaşını qətlə yetirməkdə ittiham ediliblər.

 

 
Edam ölkənin altı şəhərində - Ər-Riyad,
Məkkə, Mədinə, Şarkiyə, Kasim və Asirədə yerinə yetirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər