22:30 / 24 Noyabr 2021

Tərtərdə erməni hərbçinin meyiti tapıldı

487
Tərtər rayonunun Suqovuşan qəsəbəsində aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha bir hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, onun şəxsiyyəti tibbi ekspertizadan sonra müəyyənləşəcək.

Bununla da Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində meyitinin qalıqları tapılmış, itkin düşmüş sayılan hərbçilərinin sayı 1 701 nəfərə çatıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər