Ru
00:42 / 10 Fevral 2021

Teymur Rəcəbov heç-heçə etdi

1577

Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə start verilib.


Mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə 1/4 final mərhələsinin ilk matçları keçirilir.


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə görüşüb. 34 yaşlı təmsilçimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənib. O, iki heç-heçədən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub.


Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
1/4 final, ilk matç
9 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) – 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər