Ru
00:59 / 09 Fevral 2021

Teymur Rəcəbov və Aronyan görüşü heç-heçə ilə bitdi

2265

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü baş tutub. Qarşılaşma "Opera Euro Rapid"in XV turuna təsadüf edib.


"BakuPost" bildirir ki, tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.


Matç 18-ci gedişədək davam edib.



"Opera Euro Rapid"
8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Qeyd edək ki, hazırda Levon Aronyan 8,5 xalla 4-cü, Teymur Rəcəbov 8 xalla 6-cı yerdə qərarlaşıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər