Ru
16:36 / 12 Noyabr 2025

"Təyyarə havada parçalanıb, amma..." - Açıqlama

"Təyyarə havada parçalanıb, amma..." - Açıqlama
Eye

“Azərbaycan-Gürcüstan sərhədində baş verən qəza olduqca üzücü hadisədir. Qardaş Türkiyə Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu qəza nəticəsində şəhid olub. Əlbəttə ki, qəzanın səbəblərinin araşdırılması ilə bağlı artıq istintaq işləri aparılır və indidən hər hansı ehtimal irəli sürmək doğru olmaz. Ən azı o baxımdan ki, biz rəsmi açıqlamaları gözləməliyik. Amma rəsmi araşdırmalar aparılana qədər, təbii ki, müxtəlif versiyalar səsləndirilə bilər”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Oktay Qasımov bildirib.

Onun sözlərinə görə, burada diqqətçəkən bəzi məqamlar var:


“Belə ki, təyyarənin havaya qalxmasından 27 dəqiqə sonra onunla əlaqənin kəsilməsi və qəza anından əldə olunmuş videodan göründüyü kimi, təyyarənin quyruq hissəsində qopma baş verib. Ehtimal ki, təyyarə havada parçalanıb. Bu isə müəyyən suallar doğurur, ehtimalları gündəmə gətirir. Bütün hallarda mən düşünmürəm ki, bu versiyaların hər hansı biri tam istisna edilməlidir .Son qərar rəsmi araşdırmalardan sonra veriləcək. "Qara qutu"nun təhlili orada son anda nələrin baş verdiyini müəyyənləşdirmək baxımından mühüm olacaq. Çünki bunsuz hər hansı versiyanı irəli sürmək çətindir”.

O.Qasımov vurğulayıb ki, təyyarənin uçduğu bölgədə və ümumilikdə bu coğrafiyada müəyyən risklər mövcuddur:

“Gürcüstanın özündə də işğal olunmuş ərazilər var. Bundan başqa, bəzi ehtimalların irəli sürülməsinə səbəb olan amillərdən biri 8 noyabrda Bakıda keçirilən hərbi paradda qardaş Türkiyə və Pakistan hərbçilərinin, həmçinin dövlət başçılarının iştirakıdır. Əlbəttə, bu, bəzi qüvvələr tərəfindən məmnunluqla qarşılanmaya bilər. Bunların hamısı versiyalardır”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar