Ru
22:27 / 14 Noyabr 2019

Tiflisdə yenidən aksiyalar başlayır

1251
Bu gün Gürcüstan müxalifəti Tiflisdə parlamentin binası önündə etiraz aksiyası keçirilir.

BakuPost xəbər verir ki, aksiyada iki min nəfərə yaxın insan iştirak edib. Paytaxt Tiflisdəki mərkəzi Rustaveli prospekti bağlanıb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Polis əməkdaşları yolu açmağa çalışsalar da, aksiya iştirakçıları buna mane olublar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Xatırladaq ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası növbəti seçkilərin (2020-ci il) proporsional sistemi üzrə keciriləcəyini və bununla əlaqədar Konstitusiya qanununa dəyişikliklər olunacağını vəd etmişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı hakim partiyanın bəzi üzvləri də daxil olmaqla, bir qrup deputat qanun layihəsinin əleyhinə səs verib və qanun qəbul olunmayib.

Bu gündən müxalifət partiyaları birləşərək yenidən etiraz aksiyalarına başlayıb. Onlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirmək niyyətindədirlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər