Ru
16:26 / 18 Sentyabr 2020

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

1981
Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.


"BakuPost"un xəbərə görə, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.


T.Yaqublu hazırda "City Hospital"dadır.



Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti imkan versə xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam etdiriləcək.


Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər