14:34 / 30 Avqust 2021

Tokio-2020: Azərbaycan 10-cu sırada

737
Azərbaycanın daha 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

Bakupost.az xəbər verir ki, yarışın 6-cı günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayıb.

Uzunluğa tullanma növündə Səid Nəcəfzadə 7,03 metrlik nəticə ilə bürünc medal qazanıb. Kamil Əliyev isə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edib. 37.92 metr nəticəyə imza atan idmançı paralimpiadanı 7-ci pillədə başa vurub. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.

Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanovun (+107 kq) da çıxışları uğursuz alınıb. Hər iki idmançı yekunda 8-ci olub.

Qeyd edək ki, aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 3 pillə geriləyərək, 10-cu sırada qərarlaşıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər