14:36 / 31 Avqust 2021

Tokio-2020: Azərbaycan 14-cü medalı qazandı

598
Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Bakupost.az xəbər verir ki, üzgüçü Roman Saley ikinci mükafatını əldə edib.

Milliləşən belaruslu sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə çempionluq sevinci yaşayıb.

Saley finişə 52,69 saniyəyə çatıb. O, ən yaxın izləyicisini 0,18 saniyə qabaqlayaraq özünün ikinci qızıl medalını əldə edib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalı olub. Bunadək 9 qızıl və 4 bürüncü olan yığmamız yubiley – 10-cu zəfərini bayram edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər