13:05 / 31 Avqust 2021

Tokio-2020: Daha bir idmançımız koronavirusa yoluxdu

748
Azərbaycan parataekvondoçusu Aynur Məmmədova Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Milli Paralimpiya Komitəsindən Bakupost.az -a verilən məlumata görə, buna 42 yaşlı idmançının hər iki koronavirus testinin müsbət çıxması səbəb olub.

Məmmədovanın yarışlardan kənarlaşdırılması onun komanda yoldaşlarına təsir etməyəcək.

Qeyd edək ki, daha əvvəl paracüdoçu Ramil Qasımovun koronavirusa yoluxduğu üçün eyni aqibətlə üzləşib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər