Ru
21:29 / 30 Dekabr 2019

Tovuzda avtomobil dərəyə aşdı: 8 yaralı

1933
Tovuz rayonunda avtomobil dərəyə aşıb.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Tovuz rayon sakinləri - 1972-ci il təvəllüdlü Aynur Cavanşır qızı İmamverdiyeva, 1973-cü il təvəllüdlü Azad Bayram oğlu İmamverdiyev, 1982-ci il təvəllüdlü Gülanə Azad qızı İmamverdiyeva, 1982-ci il təvəllüdlü Gülxoş Eldar qızı Yusibova, 1980-ci il təvəllüdlü Lalə Əhməd qızı İmamverdiyeva, 2001-ci il təvəllüdlü Azər Qısmət oğlu İmamverdiyev və 1973-cü il təvəllüdlü Azər Bayram oğlu İmamverdiyevdir. Qəzada daha bir nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər