Ru
01:56 / 12 İyul 2022

Tovuzda çay evində kütləvi dava olub, ölən və yaralılar var - FOTO

5051
Tovuzda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, 2 nəfər bıçaqlanıb.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetirilib. 1987-ci il təvəllüdlü Tağıyev Anar Məmməd oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Məlumata görə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.


Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Soncu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.


Hazırda Vüsal və Anar polis nəzarətindədir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər