Ru
22:51 / 23 Oktyabr 2019

Tovuzdakı dəhşətli qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

2082
Tovuzdakı dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb.

BakuPost-un
məlumatına görə, 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu yaralı vəziyyətdə aparıldığı Tovuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, qəza anında digər sərnişin Qarayev İsmət Şükür oğlu da həyatını itirmişdi.



***

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər