Ru
14:00 / 24 İyun 2019

Toyda çəkiliş üstündə bıçaqlanma - Xaçmazda

5355
Xaçmaz rayon sakini toyda çəkiliş üstündə bıçaqlanıb.
BakuPost "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə iyunun 23-də rayonun Xuray kəndində keçirilmiş toy mərasimində baş verib. Belə ki, həmkəndlisinin qızının toyunda iştirak edən 1975-ci il təvəllüdlü Nuriyev Füzuli Əlişah oğlunun toyda çəkiliş aparan Məmmədov Kamran Bahadır oğlu ilə sözü çəp düşüb. Toydan 300 metr aralıda davam edən əlbəyaxa döyüş zamanı K. Məmmədov üzərində olan bıçaqla Nuriyevin döş qəfəsinə 2 dəfə zərbə vurub.


F. Nuriyev döş qəfəsinin sol yarısının, qarının ön divarının
kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz rayon Mərkəzi
xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər