Ru
17:27 / 11 Oktyabr 2019

Toyuq üstündə qardaş qardaşın qanını tökdü - 9 İL 6 AY HƏBS

2424
Toyuq üstündə qardaşını qətlə yetirən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmnud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək A.Kərimovun 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Hökmə əsasən təqsirləndirilən şəxs 9 il 6 ay müddərtinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən ilin oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.
Məlum olub ki, qardaşlar arasında dava toyuq saxlamaq üstündə baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər