Ru
00:19 / 19 Fevral 2020

Tramp Ərdoğanla İdlibdəki vəziyyətlə bağlı müzakirə aparır

2957
ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə işlədiklərini bildirib.


BakuPost-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, D.Tramp bu barədə jurnalistlərə açıqlaması zamanı deyib.


ABŞ prezidenti bildirib: "Mənim Prezident Ərdoğanla çox yaxşı söhbətim oldu. O, sərt oğlandır, amma münasibətlərimiz yaxşıdır... o, orada minlərlə və yüz minlərlə insanların öldürülməsini istəmir".

D.Tramp qeyd edib ki, onlar İdlib bölgəsi barədə danışıblar, birlikdə işləyirlər və edilə biləcəkləri nəzərdən keçirirlər.

Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər