Ru
09:12 / 25 Dekabr 2019

Tramp məşhur filmdə çəkilməsindən danışdı

1633
Donald Tramp məşhur "Evdə tək-2" filmində çəkilməsindən danışıb.

BakuPost xarici mətbuata istinadla xəbər verir ki, ABŞ lideri uşaqların bu ekran əsəri barədə maraqla danışmalarından xüsusi bəhs edib.


"Çoxları hər il bu barədə danışırlar, xüsusilə Milad günlərində. Onlar, xüsusən azyaşlı uşaqlar deyirlər - mən indi səni kinoda gördüm. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu, yaxşı filmdir və mən yumşaq desək, cavan idim. Və mənim üçün bunu etmək şərəfi idi", - deyə ABŞ prezidenti Floridadakı iqamətgahında hərbi qulluqçularla videoəlaqə ilə ünsiyyət saxlayaraq deyib.

Qeyd edək ki, "Evdə tək-2" filmi 1992-ci ildə çəkilib. Tramp filmdə kiçik bir epizodda iştirak edib.Baş qəhrəman Kevinə kömək edib, ona mehmanxananın zalına necə keçməyi başa salıb. Bu epizod təxminən 10 saniyə davam edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər