Ru
09:44 / 20 Yanvar 2021

Tramp yeni siyasi partiya yaradır

1044
ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə edib.

Bu barədə “The Wall Street Journal” qəzeti bildirib.

Məlumata görə, dövlət başçısı siyasi təşkilatını Vətənpərvərlik Partiyası adlandırmaq istəyir.

Qəzet yeni partiyanın yaradılması üçün ciddi investisiyaların tələb olunacağını qeyd edib. Eyni zamanda Trampın çoxlu sayda tərəfdarı var, bəziləri iqtidara gəlməzdən əvvəl Respublikaçılar Partiyasının siyasətində iştirak etməyiblər.

Nəşr qeyd edib ki, ABŞ Konqresinin Senatında respublikaçıların lideri Mitç Makkonel və partiya üzvlərinin əksəriyyətinin prezidentin yanvarın 6-da kütləni qarışıqlıq təxribatına cəlb etdiyini bildirməsindən sonra Donald Trampla partiyadaşları arasında ciddi fikir ayrılıqları yaranıb.

Həmin vaxt Trampın tərəfdarları ötən ilin 3 noyabrında keçirilmiş prezident seçkilərinin nəticələrinin Konqresdə təsdiqlənməsinə mane olmağa çalışıblar. Qarışıqlıqlar nəticəsində bir neçə nəfər həlak olub.

Ağ Evin hazırkı rəhbərinin partiyadaşları ilə münasibətləri pisləşib.

Yanvarın 20-də ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər