Ru
23:59 / 21 Yanvar 2020

Trampın impiçmenti ilə bağlı dinləmələr başladı

1806
ABŞ Senatı Prezident Donald Trampın impiçmenti ilə əlaqədar dinləmələrə başlayıb.

BakuPost-un xarici mediaya istinadən məlumatına görə, Respublikaçıların lideri Mitç Makkonnellin məlumatına görə, yalnız Senat impiçment məsələsini həll edə bilər.

O bildirib ki, senatorların əksəriyyəti artıq prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır. Prosedura əsasən, əvvəlcə Aşağı palatanın nümayəndələri ittihamlarını səsləndirəcək, daha sonra söz Prezidentin vəkilinə veriləcək, sonda isə senatorlar yazılı şəkildə hər iki tərəfə suallarını ünvanlayacaq. Dördüncü mərhələdə Senat əlavə sübutlara və ya şahidlərin ifadələrinə baxılmasının lazım olub-olmadığına qərar verəcək.

Qeyd edək ki, Nümayəndələr Palatası ötən ilin dekabrında Trampa qarşı iki maddə üzrə - səlahiyyətlərindən sui-istifadə etmək və Senatın fəaliyyətinə maneçilik törətmək – ittiham irəli sürüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər