17:44 / 14 Sentyabr 2021

"Tribuna arxasından tapşırıqlar verməli deyillər" - Sədr səhiyyədəki problemlərdən danışdı

480
Pandemiya ilə mübarizədə ən böyük problemimiz səhiyyə sistemində “iki qütblü” idarəetmənin əmələ gəlməsidir. Bu həm pasiyentlər, həm də tibb işçiləri üçün böyük fəsadlar törədir, onların fundamental hüquqları pozulur.

Bunu Bakupost.az -a Dünya Tibbi Hüquq Assosiyasiyasının (DTHA) birinci vitse-prezidenti, tibb elmləri doktoru, professor Vüqar Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi vahid mərkəzdən - Səhiyyə Nazirliyi tərəfindən idarə olunmalı, müalicə və diaqnostika işinə nəzarət məqsədilə respublikada məhkəmə-tibbi xidmət gücləndirilməlidir.

V. Məmmədov xüsusilə kritik, fövqəladə dövrlərdə səhiyyə sahəsində problemlərin yaranmaması üçün təşkilati işlərin gücləndirilməsini, koordinasiya və kommunikasiya işlərinin təkmilləşdirilməsini vacib sayıb.

DTNA rəsmisi pandemiya dövründə səhiyyənin məsul şəxslərinin KİV-lər vasitəsilə insanlara yol göstərməsini də önəmli hesab edir.

O bildirib ki, səhiyyənin məsul rəhbər şəxsləri doğru idarəetmə ilə bağlı maarifləndirici çıxışlar etməli, sosial şəbəkələrdə haqlı neqativ ictimai rəyin formalaşmasına yol verməməlidirlər. Şəxsi davranışları, nümunələri ilə cəmiyyətin, vətəndaşın etibarını qazanmalı, insanların həqiqi qulluğunda durmalıdırlar:

“Onlar tribuna arxasından yuxarıdan aşağı soyuq sifətlərlə tapşırıqlar verməli deyillər. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca pandemiya dövründə gecə-gündüz kanalların efirindən düşmür. İnsanlara slaydlarla, şəkillərlə vəziyyəti izah edir, onların yanında olmağa çalışır. Tək Türkiyədə deyil, Azərbaycanda da vətəndaşlarımız onun dediklərinə bizim səhiyyə məmurlarının dediyindən daha çox inanırlar. İnsanların inamını qazanmaq lazımdır”.

Ayan Əlizadə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər