Turistlərin ən çox seçdiyi ölkələr - Siyahı

  • 09 Sen 2019 16:55
  • 6664 Baxış
Turistlərin ən çox seçdiyi ölkələr -  Siyahı

Dünya İqtisadi Forumu turistləri ən çox cəlb edən ölkələrin adlarını açıqlayıb.


BakuPost xəbər verir ki, hesabat 140 ölkənin təhlükəsizlik, səhiyyə və gigiyena; turizm siyasəti və infrastruktur (nəqliyyat şəbəkəsi, turistə xidmət); təbiət və mədəni resurslar kimi meyarlar üzrə qiymətləndirilməsinə əsaslanır.

Azərbaycan 71-ci yerdə göstərilir.


Rusiya 39-cu, Türkiyə 43-cü, Gürcüstan 68-ci, Ermənistan 79-cu, İran 89-cu pillələrdə yer alır.


Estoniya 46-cı, Latviya 53-cü, Litva 59-cu, Ukrayna 78-ci, Qazaxıstan 80-ci, Moldova 103-cü, Tacikistan 104-cü, Qırğızıstan 110-cu yerdədir.


Turistlər üçün ən cəlbedici ölkələrin ilk beşliyində İspaniya, Fransa, Almaniya, Yaponiya və ABŞ qərar tutub.