Ru
15:28 / 28 Noyabr 2020

Türk Dünyası Araşdırmaları Vəqfi Tənzilə Rüstəmxanlını təbrik etdi FOTOLAR

1497
Türk Dünyası Araşdırmaları Vəqfi başqanı Közhan Yazqan Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlını 60 illik yubileyi münasibətilə təbrik edib.

"BakuPost" xəbər verir ki, Türk dünyası üçün gördüyü işlərdən bəhs edən Közhan Yazqan müqəddəs amal uğrunda yorulmaz fəaliyyətindən dolayı Tənzilə Rüstəmxanlıya təşəkkürnamə təqdim edib.

“Türklüklə bağlı dərin bilgiləriniz, yüksək ifadə və xitab gücünüzlə Türk dünyasının Qarabağ, İraq-Suriya Türkməneli, Kipr, Krım, Qaqauz, Şərqi Türküstan və başqa yerlərdəki türk topluluqlarının məsələlərini dilə gətirərək qanayan yaralarını sarımaq üçün kürsülərdə, salonlarda ciddi cəhdlə, yorulmadan, bezmədən qorxusuzca apardığınız mübarizə və daha nələr; Turan Hocamızın bütün səmimiyyətilə “Tənzilə Sultan” deyə xitab etdiyi təbiətinizdə Türk qadınının milli, çağdaş xüsusiyyətlərini və estetik dəyərlərini zərafətinizlə təmsil etmənizə minnətdarlığımızı ifadə etmək üçün bu təşəkkürnaməni Sizə təqdim edirik”, – deyə Közhan Yazqan qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər