Ru
23:55 / 11 Sentyabr 2020

Türk Şurası və ÜST arasında anlaşma memorandumu imzalandı - FOTOLAR

1464
Türk Şurası və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə ofisi arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe "Twitter"də bildirib.

Memorandum peyvəndlər, fövqəladə hallar və innovasiyalar sahəsində texniki əməkdaşlıq və dəstək, ictimai səhiyyə sahəsində informasiya mübadiləsi, psixi sağlamlığın, uşaqların sağlamlığının və miqrantların sağlamlığının təbliği və ona dəstək istiqamətlərini əhatə edir.

Memorandumu ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe və Türk Şurasının Baş katibi Bağdad Əmrəyev imzalayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər