Ru
11:34 / 14 Oktyabr 2019

Türk Şurasına sədrlik Azərbaycana keçdi

2228
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçib.

Bu barədə Şuranın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirilib.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.
(trend)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər