Ru
11:28 / 11 Aprel 2021

Türk Şurasının nümayəndə heyəti Ağdama getdi

1349
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

"BakuPost" bildirir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər. Səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər