Ru
17:52 / 20 May 2019

Türkiyə ilə Azərbaycana ortaq marş yazıldı – FOTOLAR/VİDEO

4258

Müğənni
Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib.


BakuPost xəbər verir ki, "Türkiyə-Azərbaycan”adlı hərbi marş üslubunda
vətənpərvərlik bəstəsinin musiqisi Sevinc Tofiqqızına, sözləri Almaz İlahə Əhmədovaya,
aranjemanı Osman Həmidova məxsusdur.



Azərbaycan
Türkiyə arasında əsrlərdir davam edən qardaşlıq və dostluq duyğuları, Qarabağ həsrəti,
şəhidlər kimi mövzuları bir arada cəmləyən
mahnı yaxın aylarda Türkiyə və İraq Türkmənistanında da təqdim ediləcək.



Həm bəstəkar,
həm şairə ifaçının vətənpərvərlik hisslərini dinləyicilərə çatdırdığını və əsəri
gözəl ifa etdiyini bildirdi.

BMM-də
keçirilən tədbirə mətbuat və mədəniyyət
nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri, Aprel döyüşləri iştirakçıları
qatılmışdı.

Tədbirdə
müğənnilərə, bəstəkarlara, aranjemançılara vətənpərvərlik mövzusunda mahnıların
daha çox hazırlanması, şoudan kənarlaşıb, Azərbaycan adına yaradıcılıq işləri
ilə məşğul olmaq çağırışı edildi.



Qeyd
olundu ki, bəstəkarlar bu mahnıları müğənnilərə təmənnasız təqdim etsinlər,
aranjemançılar da vətənpərvərik mahnılarını baha qiymətə aranjiman etməsinlər.
Vətənpərvərlik mahnıları xalqımız, dövlətimiz, adına pulsuz olmalıdır. Burda qazanc məqsədi güdmək
olmaz.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər