Ru
14:42 / 20 Oktyabr 2019

Türkiyə ordusu Suriyada şəhid verdi

1708

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Əməliyyatı” əməliyyatı zamanı 1 türk hərbçisi həlak olub.

BakuPost xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

PKK/YPG terrorçuları oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasını pozaraq, Suriyanın təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açıblar. Atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər