Ru
17:16 / 01 Sentyabr 2019

Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək - Qanun qüvvəyə mindi

1559
Xəbər verdiyimiz kimi, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

BakuPost xəbər verir ki, bununla bağlı qərar bu gündən qüvvəyə minir.

Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər