10:37 / 24 Sentyabr 2021

Türkiyədə 6 aylıq körpələrə səhvən koronavirus vaksini vuruldu

538
Türkiyədə 6 aylıq uşaqlara səhvən koronavirusa qarşı peyvənd vurulub.

Bakupost.az xəbər verir ki, məlumatı İzmirdə Ege Universitetinin tibb fakültəsinin professoru Zafer Kurugöl “NTV” telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, 6 aylıq uşaqlara qızılca və ya hepatit B xəstəliklərinə qarşı peyvənd əvəzinə COVID-19 vaksini vurulub.
Zafer Kurugöl, həmçinin qeyd edib ki, bu, uşaqlarda heç bir əks təsir göstərməyib, hətta onlarda koronavirusa qarşı antitel yaradıb.

Bu açıqlamanın ardından Türkiyənin Səhiyyə Nazirliyi və Ege Universitetinin tibb fakültəsi araşdırmalara başlayıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər