Ru
09:36 / 25 Yanvar 2020

Türkiyədə 6.8 ballıq zəlzələ: 20 ölü, 1015 yaralı - VİDEO / YENİLƏNİB

3984
Türkiyədə zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

BakuPost xəbər verir ki, rəsmi açıqlamaya görə, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb.


***

Türkiyədə zəlzələ nəticəsində ölü sayı 11 nəfərə çatıb.

BakuPost-un məlumatına göə, Dağıntılar altında qalanların olduğundan ölü sayının artacağı istisna edilmir.


***

Türkiyədə zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.

BakuPost-un məlumatına görə, Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

***

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.


BakuPost
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər