Türkiyədə güclü partlayış baş verdi FOTOLAR + YENİLƏNİB

Türkiyə mediasının yazdığına görə, partlayış polislə terrorçu arasında yaranan qarşıdurmadan sonra baş verib.


Terrorçunun özünü partlatdığı bildirilib.


Hadisə nəticəsində ölən, yaxud yaralananların olmadığı, əməliyyatların davam etdirildiyi bildirilib.


***


Türkiyənin Hatay şəhərində partlayış baş verib.


"BakuPost" xəbər verir ki, partlayışın səbəbi hələ ki, məlum deyil.


Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.


Qeyd edək ki, bir həftə əvvəl şəhərdə PKK terrorçuları ciddi meşə yanğınları törətmişdilər.