Ru
17:40 / 06 Dekabr 2019

Türkiyədə orqan nəqli - Necə yararlana bilərik? - MÜSAHİBƏ

4899
Türkiyə tibbi turizm üzrə dünyada lider ölkələrdən biridir. Hər il minlərlə vətəndaş müxtəlif müayinə və müalicələr üçün Türkiyəyə müraciət edir. Son illər xaricdə müalicəni daha asan və rahat edən yol da tibbi turizmlə məşğul olan əlaqələndirici şirkətlərin olmasıdır.

6 ildən artıq fəaliyyət göstərən FAMAX Medikal Turizm şirkətinin prezidenti İlkin Babayevlə Türkiyədə transplantoloji əməliyyatların təşkili, qiymətləri, şərtləri ilə bağlı açıqlama aldıq.


FAMAX xətti ilə hər il onlarla vətəndaş, eləcə də təkcə Azərbaycandan yox, eləcədə bir çox MDB dövlətlərindən orqan çatışmazlığı olan insanlar uğurla orqan nəqli əməliyyatı keçirib.

Qeyd edim ki, 1 ildən artıqdır FAMAX Medikal Turizm şirkətinin Bakı filialı Azərbaycan vətəndaşlarına öz xidmətini göstərməkdədir.

- İlkin doktor, Türkiyədə hansı orqan nəqli əməliyyatlarını FAMAX xətti ilə həyata keçirə bilirsiz? Bunun üçün donor necə seçilir, xəstədən nə tələb olunur?


- Geniş yayılmış orqan nəqli əməliyyatları qaraciyər, böyrək, sümük iliyi və ürək nəqlidir. Bunlardan qaraciyər və böyrək nəqli fərqli qrupa, sümük iliyi və ürək nəqli tamam ayrı qrupa aiddir.

Ürək nəqli əməliyyatı Türkiyədə uğurla aparılır, ancaq xarici vətəndaşlar üçün uyğun deyil.Beləki, Türkiyə qanunvericiliyinə görə, türk vətəndaşı Türkiyə daxilində başqa ölkənin vətəndaşı üçün ürək donoru ola bilməz.
Qaraciyər və böyrək nəqli əsasən İstanbulda yerləşən böyük klinikalarda aparılır, çox yüksək səviyyədə, yüksək müvəfəqqiyyət göstəriciləri ilə həyata keçirilir.

Bu mərkəzlərlə bizim müqavilələrimiz və endirimlərimiz vardır. Bu endirimlərdən FAMAX xətti ilə transplantologiya üçün müraciət edən xarici, o cümlədən Azərbaycandan xəstələrimizə şamil edirik.

Bizim çalışdığımız xəstəxanalar JSİ standartına uyğun xəstəxanalardır, həkim heyəti çox yüksək dərəcədə peşəkarlardan ibarətdir, hansı ki, uzun illərdir orqan nəqli ilə məşğuldurlar.


-Sümük iliyi nəqlində donor seçimi necə olur? Uşaq və böyüklərdə sümük iliyi aparılan xəstələriniz olubmu?


- Sümük iliyi nəqli orqan nəqli deyil, burada kök hüceyrə nəqli aparılır. Bu hematoloji, qan xəstəlikləri qruplarına daxil olan xəstələr üçündür. Bizim burada çalışdığımız mərkəzlərdə yüksək səviyyəli hemotoloqlar tərəfindən bu nəql həyata keçirilir. Uşaqlarda və böyüklərdə sümük iliyi nəqlini aparan həkimlər fərqlidir.


Bu əməliyyatda donor məsələsi bir qədər fərqlidir. Türk vətəndaşı və başqa ölkənin vətəndaşı xəstə üçün donor ola bilər. Bir neçə cür sümük iliyi nəqli var. Bunlardan birində xəstənin öz hüceyrələri özünə nəql edilir. Allojenik nəqldə qardaş-bacıdan alınan hüceyrə köçürülür. Haplodentikdə isə ata və anadan hüceyrə götürülür. Əgər doğmalardan ilik götürmək mümkün olmazsa, risk olarsa, beynəlxalq donor bankına müraciət edilir və orda bu xəstəyə 100% uyğun olan hüceyrə tapılır. Həmin donor Türkiyəyə dəvət olunur, analizlər aparılır və əməliyyat həyata keçirilir.


Bu vaxta kimi ən çox Qazaxıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Azərbaycandan onlarla xəstəyə orqan nəqli əməliyyatlarını həyata keçirmişik.

- Qiymətlərdə endirim əldə etmək mümkündürmü?

-Bildiyiniz kimi, Türkiyədə istər müayinə, istər müalicə qiymətləri öz vətəndaşları üçün bir qədər ucuz qiymətədir, xarici vətəndaşlar üçün fərqli qiymət siyasəti aparılır.

Xarici vətəndaşlar üçün qiymət fərqi ən azı 30-40%-dən tutmuş 3 dəfəyə qədər yüksək ola bilir.
Amma biz xəstəxanalarla müqavilə və anlaşmalar sayəsində əməliyyat və müalicə qiymətlərini çox daha aşağı edə bilirik.


Türkiyədə transplantologiya mərkəzləri çoxdur. Biz onların arasında ən təcrübəli, əməliyyatları 100% uğurlu olan, statistikası çox yüksək olanları seçirik. Xəstəmizə maddi dəstəyimiz ondan ibarətdir ki, qiymətlərin bacardıqca aşağı olmasına nail oluruq, hansı ki, xəstə özü müraciət etsə, bu şansı olmur.

Eləcə də xəstəxanada əlavə, lüzumsuz müayinə və analizlərin qarşısını alırıq. Bizim transfer xidmətimiz, tərcüməçi xidmətimiz, qarşılanma, yerləşdirmə xidmətimiz var. Xəstə Türkiyəyə gəldiyi gündən Vətənə geri dönənə kimi xəstənin yanında bir nümayəndəmiz olur və onun bütün problemlərini həll edir.


- Türkiyədə tibbi sığorta sistemi xarici vətəndaşlar üçün necə işləyir? Xəstənin əməliyyat və müalicə xərclərini sığorta şirkəti ödəyə bilərmi?


- Türkiyə vətəndaşları üçün sığorta var, çox yüksək səviyyədə işləyir, onlar üçün güzəştlər var.
Bəzi sığorta şirkətləri xaricdə müalicəni ödəyir. Bunun şərtləri də müxtəlifdir.


Biz MDB ölkələrində fəaliyyət göstərən sığorta şirkətləri ilə çalışırıq. Böyük sığorta şirkətləri üçün çox hallarda endirimlər də əldə edə bilirik, bura orqan nəqli də daxildir.


Bu vaxta qədər Türkiyədə orqan və sümük iliyi nəqli etdirdiyimiz həm uşaq, həm böyük xəstələrimiz arasında itki və uğursuzluq yoxdur. FAMAX orqan nəqli keçirmiş xəstələrini 1 il ərzində əməliyyat sonrası təqibini həyata keçirir. Lazımi analizləri etdirib, tərcümə edərək, Türkiyədəki cərrah və həkimlərə çatdırırıq, onların fikrini alırıq.


Azərbaycandan il ərzində 12 sümük iliyi və 15 qaraciyər nəqli əməliyyatları keçirən xəstələrimiz olub. Hazırda da sağlam şəkildə yaşayırlar.

FAMAX-la əlaqə:
TeL: 050 444 30 20
Ünvan: 28 May küçəsi 69


Şərhlər
  • Zehra

    Men donur olmaq istyrem cidyem 0705639690

  • Zehra

    Men donur olmaq istyrem 0705639690

  • Orxan hesenov

    Salam ilik donoru olmaq isteyirem kisiyem yaş 29 qan qrupum oRH+1 0559102507

  • samira veliyeva

    salam ben ilik ve boyrek donoru olmaq isdeyirrm.qadinim qan qrupum2- di saglamam.50 min dollara.ehtiyacim var..0997778816

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər